Bakıdan qayıdan kimi həbs edildi - FOTO

Hindistan müstəntiqləri tərəfindən saxta dərmanların istehsalı və satışı ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü hesab edilən bu ölkənin vətəndaşı Praşant Rancan Babu Azərbaycandan deportasiya edilib və Dehliyə çatan kimi saxlanılıb.
Avtosfer.az-ın Hindistan mətbuatına istinadən verdiyi məlumata görə, Babu bir müddət əvvəl vizasının müddəti bitdiyi üçün Azərbaycanda saxlanılmışdı.
Daha sonra Hindistan tərəfi onun saxta tibbi preparatların qanunsuz dövriyyəsində iştirakı ehtimalı ilə bağlı materialları Azərbaycana təqdim edib. Müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra o, Hindistana ekstradisiya olunub.
Məlumata əsasən, Babu təyyarədən düşdükdən dərhal sonra həbs edilib. Xüsusi istintaq qrupu onu saxta dərmanların, xüsusən də onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan vasitələrin istehsalı və tədarükünü həyata keçirən gizli şəbəkədə iştirakda şübhəli bilir.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












