Bakının bu küçəsində piyadalar üçün təhlükə - FOTOLAR

Xətai rayonunda yol kənarında park edilən avtomobillər piyadaların hərəkətinə ciddi maneə yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial media hesabında paylaşım edib. O, Vunqtau küçəsində, parkla üz-üzə yerləşən ərazidə təmir sexləri və müxtəlif obyektlərin qarşısında avtomobillərin piyada səkilərində saxlanılmasından narazılığını bildirib:
“Avtomobillər piyada səkilərinin üzərində saxlanıldığı üçün insanlar səkidən istifadə edə bilmir və məcbur qalaraq avtomobil yoluna çıxmalı olurlar. Bu isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud insanlar üçün ciddi təhlükə yaradır.
Aidiyyəti qurumlardan xahiş edirik ki, ərazidə nəzarət gücləndirilsin, piyada səkilərinin avtomobillər tərəfindən zəbt olunmasının qarşısı alınsın və piyadaların təhlükəsiz hərəkəti təmin edilsin.
Piyada səkisi avtomobillər üçün dayanacaq deyil. İnsanların təhlükəsizliyi üçün bu problemə diqqət yetirilməsini xahiş edirik”./referans.media


"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












