Bakıya mövsümi işə görə gəlibmişlər... - Təfərrüat

Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, meyiti sudan çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
Bildirilib ki, vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar və dünən işlərini yekunlaşdıraraq təhvil veriblər. Bundan sonra 4 gənc istirahət məqsədilə dəniz sahilinə yollanıb.
Qeyd edək ki, gənclərin doğulduğu Orand kəndi 2017-ci ildə qar uçqunu ilə gündəmə gəlmişdi. Həmin vaxt evin damına yığılan qar kütləsi uçmasına səbəb olmuş, nəticədə, bir ailənin 4 üzvü həlak olmuşdu.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












