Bakıya uçan təyyarələr havaya qalxa bilmədi - PUA HÜCUMU

Oktyabrın 12-də Rusiyanın hava limanlarında PUA hücumları ilə əlaqədar uçuş cədvəllərində yenidən gecikmələr və ləğvlər qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, ləğv olunanlar arasında AZAL-ın reysləri də var.
“Vnukovo” hava limanında gecə saatlarından etibarən kütləvi uçuş ləğvləri başlayıb. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin saat 01:00-da Bakıya həyata keçirilməsi planlaşdırılan reysi də ləğv edilib. Qeyd olunur ki, bundan başqa AZAL-ın Bakıya olan daha bir reysi də ləğv olunub.
Məlumata görə, “Vnukovo” hava limanında həmçinin Oş, Səmərqənd, İrəvan və digər şəhərlərə də uçuşlar ləğv olunub. Pulkovo hava limanında 60-dan çox təyyarənin enişi gecikir, Soçidə isə uçuşlar bir neçə saat sonraya təxirə salınıb.
Ən çox problem “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Nesma Airlines” və “Red Sea Airlines” aviaşirkətlərinin reyslərində müşahidə olunur. (lent.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












