Baş prokurorun oğlu ayaqlarını çölə çıxarıb maşın sürdü - VİDEO

Qaziantepdə sürücünün ayağını pəncərədən çölə çıxarıb maşın sürməsinin görüntüləri sosial mediada yayılıb. Sürücünün Qaziantep Region Ədliyyəsi baş prokuroru M.B.nin oğlu olduğu öyrənilib. Avtosfer.az-ın Lent.az-a istinadən xəbərinə görə, Qaziantep Dairəvi Yolunda ayaqlarını çölə çıxararaq avtomobil idarə edən şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Yol polisi əməkdaşalrının apardığı araşdırmada Cebeler məntəqəsindən İbrahimli istiqamətində hərəkət edən avtomobilin sürücüsünün hərəkətdə olarkən ayaqlarının pəncərədən bayırda olduğu müəyyən edilib. Həmin şəxsin Qaziantep Region Ədliyyəsi baş prokuroru M.B. olduğu iddia edilib. Hökumətə yaxın olan jurnalist Osman Diyadin bildirib ki, yol hərəkəti üçün təhlükə yaradan şəxs baş prokuror M.B.nin oğludur.
Jurnalist Diyadin sosial şəbəkədə paylaşım edərək yazıb:
"Nəqliyyatı idarə edən baş prokuror deyil. Oğlu atasının xəbəri olmadan nəqliyyat vasitəsini götürərək yola çıxıb, belə böyük səhvə və arzuolunmaz görüntüyə səbəb olub ki, bu da cahillikdir".
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












