Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində baş verən təhlükəli anlar avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 26-da saat 17:21 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, qadın piyadalar azyaşlı övladları ilə birlikdə yolun hərəkət hissəsində hərəkət ediblər. Bu zaman məktəblilərdən biri yaxınlaşan avtomobilə diqqət etmədən qəfil yolun sağ tərəfinə qaçıb və son anda nəqliyyat vasitəsinin altında qalmaqdan xilas olub.
Xoşbəxtlikdən sürücünün ehtiyatlı davranması və sürəti nəzarətdə saxlaması baş verəcək qəzanın qarşısını alıb. Hadisədən sonra azyaşlının qorxudan ağladığı görünür.
Qeyd edək ki, azyaşlıların yol hərəkəti zamanı təhlükəsizliyi ilk növbədə valideynlərin məsuliyyətidir. Xüsusilə intensiv nəqliyyat axını olan ərazilərdə uşaqlar nəzarətsiz buraxılmamalı, onlara yol hərəkəti qaydaları mütəmadi şəkildə izah edilməlidir. Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik ağır faciələrlə nəticələnə bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












