Bazar günləri yük avtomobillərinin hərəkətinə icazə verilməsi narazılıq doğurdu

Almaniyada Reyn çayının quruması nəqliyyatda ciddi problemlər yaradıb.
Avtosfer.az xəbər verir ki, Avropanın birinci iqtisadiyyatında yüklərin 80 faizə qədəri qatar və gəmi ilə daşınır. Çaylarda su səviyyəsinin enməsi bərələrin demək olar dayanması ilə nəticələnib.
Bunu nəzərə alaraq bəzi əyalətlər bazar və bayram günlərində yük avtomobillərinin hərəkətinə icazə verib.
Qərara münasibət fərqli olub. İş adamları bu yumşalmanı təqdir etsələr də, ekoloqlar buna qarşı çıxırlar. Almaniya Sənaye Federasiyası bildirir ki, bu yumşalma təchizat zəncirinin qiymən də olsa bərpasına kömək edəcək. Ekoloqlar isə iddia edirlər ki, bir neçə gəminin daşıdığı yükü minlərlə yük avtomobilinin daşıması ətraf mühiti daha da çirkləndirəcək.
İqtisadçıların hesablamalarına görə Reyn çayında su səviyyəsinin enməsi Almaniya iqtisadiyyatına 1 milyard avro ziyan vurub.
14 mart 1956-cı ildən etibarən Almaniyada bazar və bayram günlərində yük avtomobillərinin hərəkəti qadağandır. Qaydanı pozan sürücü 120 avro, şirkət isə 570 avro cərimə ilə cəzalandırılır.
Vüqar
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












