Bazara endirilən aviazərbə nəticəsində azı 200 nəfər ölüb

Nigeriya hərbçilərinin ölkənin şimal-şərqindəki Yobe ştatında bazara endirdiyi aviazərbə nəticəsində ən azı 200 nəfər həlak olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən, ordunun "Boko Haram" terror qruplaşmasının yaraqlılarını təqib etdiyi Cilli kəndindəki bazara endirilib.
Rayon rəhbərinin məsləhətçisi və Fuçimeram dairəsinin ənənəvi rəhbəri Lavan Zanna Nur Geydamın sözlərinə görə, ölənlərin sayı 200 nəfəri keçib. O bildirib ki, yaralılar Yobe və Borno ştatlarındakı xəstəxanalara çatdırılıb.
Aviazərbə və qurbanların sayı barədə məlumatı üç yerli sakin və beynəlxalq humanitar təşkilatlardan birinin nümayəndəsi də təsdiqləyib.
Nigeriyanın Hərbi Hava Qüvvələri Cilli ərazisində "Boko Haram" yaraqlılarının məhv edildiyini açıqlayıb.
Yobe Ştatının Fövqəladə Hallar üzrə Agentliyi Cilli bazarında tacirlər arasında qurbanların olduğu insident barədə ilkin məlumatlar aldığını və artıq təcili reaksiya tədbirlərinə başladığını bildirib.
Zərərçəkənlərdən biri, 43 yaşlı tibbi ləvazimatlar satıcısı Əhməd Əli partlayış zamanı yaralandığını danışıb. Onun sözlərinə görə, zərbə anında o qaçmağa çalışıb, lakin sonra digər insanlarla birlikdə yerə uzanıb.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












