Bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı

Göygöl rayonunda bələdiyyə mühasibinin meyitinin aşkarlanması ilə bağlı bəzi təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.
O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.
Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Azərbaycanda bələdiyyə binasında mühasibin meyiti tapılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Göygöl rayonunun Çaykənd bələdiyyəsinin mühasibi, 1963-cü il təvəllüdlü S.Orucovun meyiti iş otağında aşkarlanıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə bələdiyyə binasında ölüm hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Çaykənd bələdiyyəsinin binasında ölüm faktı qeydə alınıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












