Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salındı

"Air Serbia" aviaşirkətinin Belqraddan Moskvaya uçan təyyarəsi sərnişinin yükünün yoxlanılmaması səbəbindən hava limanına geri qaytarılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Nova" portalı mənbələrə istinadən xəbər verib.
Hadisə noyabrın 3-də axşamı baş verib.
Təyyarənin Litva hava məkanında olarkən geri qayıtdığı bildirilir. Nəşrin məlumatına görə, baqaj yoxlanılır və təyyarənin hərtərəfli yoxlanışından və heyət dəyişikliyindən sonra Moskvaya uçuş davam edəcək.
***
Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Nova.rs" portalı məlumat yayıb.
Bildirilib ki, JU134 reys nömrəli təyyarə bu gün yerli vaxtla saat 18:48-də Belqraddan havaya qalxıb. Litvanın cənubuna çatdıqdan sonra ona geri qayıtmaq barədə göstəriş verilib.
"Nova.rs" portalının qeyri-rəsmi məlumatına əsasən, təyyarənin göyərtəsində Serbiyanın Sosialist Hərəkatının sədri Aleksandar Vulin, "Srbijagas" şirkətinin direktoru Duşan Bayatoviç və Serbiya Xalq Partiyasının (SNP) sədri Nenad Popoviç olub.
Portalın mənbəsinin bildirdiyinə görə, təyyarənin geri qaytarılması barədə göstərişi hava limanının korporativ təhlükəsizlik direktoru verib. Qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar qəbul edildiyi iddia olunur.
"FlightRadar" platformasının məlumatına görə, təyyarə saat 22:00-dan bir qədər əvvəl Belqrada eniş edib.
Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib./report
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO












