Bəniz mənə dedi ki, problemin varsa, maşınımı sat - Şahid - FOTO

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda şahid qismində Şöhrət Quliyev ifadə verib.
O bildirib ki, zərərçəkmiş şəxsin mebel sexində usta kimi, daha sonra mühafizəçi olaraq çalışıb:
"Mən iki il yarım - 2024-2025-ci illərdə Xalid Kazımovun mebel sexində işləmişəm. O, xəstə olanda Aybəniz xanım ona çox dəstək olurdu, yemək gətirirdi, qulluq edirdi. Aybəniz xanımın evində də dəfələrlə olmuşam, uşaqlarını gəzməyə aparmışam. Aybəniz xanım çox diqqətcil insan idi. Bir dəfə məni fikirli görəndə təklif etdi ki, "Əgər bir problemin varsa, maşınımı satıb problemini həll edə bilərsən". Mən bu təklif üçün ona təşəkkür etdim, amma razılaşmadım. Bir-iki dəfə olub ki, Xalid Kazımov 300-500 manat pulu Aybəniz xanıma çatdırmağımı istəyib, amma ortada heç vaxt böyük məbləğ olmayıb".

Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilib.
Şahid elan olunan ifadə ilə razılaşmadığını, heç vaxt belə bir ifadə vermədiyini məhkəməyə desə də, qeyd olunan imzanın ona məxsus olduğunu bildirib.
Daha sonra prosesə zərərçəkmiş Xalid Kərimovun vəkili Mirdamət Qədirli vəsatəti əsasında prosesə onlayn şəkildə qoşuldu və onun suallarını cavablandırdı:
"Müstəntiq mənə dedi ki şahid lazımdı. İşi də daha da möhkəmləndirək. Aybəniz Xəlilova ev dustaqlığına buraxılandan sonra məni hədələdi ki, şikayəti geri götürə bilməzsən. Bildirdi ki, bu iş üzrə şahidlər lazımdı və o şahidlər də mənim işçi qüvvəm olmalıdı. İndi ifadə verən şahidin də şəxsiyyət vəsiqəsini məndən tələb etdi. İlkin adlı şahid ifadəsi tərtib edildikdən sonra mənə verdi ki apar ona qol çəkdir. Mən də vergi adı ilə şahid ifadəsi olaraq işçimə qol çəkdirdim və aparıb verdim. İstintaq dövründə olan vəkilimə də bu barədə məlumat verdim. Şahidin bu ifadənin nə əsasında yazılmasından xəbəri yox idi".
Məhkəmənin növbəti iclası mayın 19-na təyin olunub.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












