Beş ay əvvəl müharibədə həlak olan azərbaycanlıların meyitləri tapıldı - FOTO

Beş ay əvvəl Rusiya-Ukrayna müharibəsində həlak olan iki azərbaycanlının meyitləri tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Lent.az”a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.
Qeyd olunub ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Səmədov Şair Zahid oğlu hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjansky rayonunda həyatını itirib.
Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, 2 uşaq atası olub.
Onunla yanaşı, Həsənov Ruslan Loğman oğlu da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.
Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib.





Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












