"Beş dəfə zərbə endirildi" - Dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri - VİDEO

İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.
Avtosfer.az-ın məlumatına görə, şahidlərdən olan matros Rəşid Rəşidov AzTV-yə deyib ki, ilk hücum onları yuxudan oyadıb:
"Ekipaj üzvləri gəminin idarəetmə hissəsinə doğru hərəkət etsələr də, ardınca yeni dron hücumları başlayıb".
Həmkarlarını və gəmi heyətini qorumağa çalışan Rəşid Rəşidov həyatını itirən ekipaj üzvlərinin meyitlərinin çıxarılmasında iştirak edib:
"Dron səsini eşidəndə alt mərtəbələrə düşdük. Bu zaman ikinci və digər dron zərbələrinin səsi eşidildi".
Mexanik Nicat Sarılı bildirib ki, o, öncə partlayışın səbəbini anlaya bilməyib:
"Gəmi ümumilikdə beş dəfə dron hücumuna məruz qaldı. Hücumlardan sonra biz həlak olan yoldaşlarımızın yerini təyin etdik, lakin onları çıxarmaq həmin vaxt uyğun deyildi, ona görə də havanın açılmasını gözlədik".
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, dördünün isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












