Beş yüz min manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTOLAR

Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
Avtosfer.az komitəyə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki "gübrə" yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd "Boston" markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO


















