“Binamızın divarlarını dağıdırlar, həyatımız təhlükədədir” - FOTOLAR

“Binamızın daşıyıcı divarlarını qanunsuz olaraq sındırıb lift sahəsinə əlavə qapılar açıblar. 4000 sakinin həyatı təhlükədədir. Gələcəkdə təbii fəlakət olsa, biz Türkiyənin aqibətini yaşayacağıq”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakının Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yaşayan jurnalist Samir İsmayıl məlumat verib.
O bildirib ki, sözügedən ünvandakı binanı inşa etmiş “The Baku Group” MTK mənzilləri bölüb iki ayrı ev kimi satmaq məqsədilə əsas daşıyıcı divarları dağıdır: “Binanın 21-ci blokunda, 3-cü mərtəbədə yerləşən 700 saylı mənzilin sahibi və son dövrlərdə sakinlərin şikayətləri ilə gündəmdə olan “The Baku Group” MTK əlbir olublar. Binanın təxminən 50-60 santimetr enində olan daşıyıcı dəmir-beton divarı sındırılıb və lift sahəsinə əlavə giriş qapısı açıblar. Məqsəd mənzili iki yerə bölüb satmaqdır. Açılan qapı binanın ən mühüm dayaq nöqtəsinin tam altında yerləşir. Hadisə üzə çıxan kimi isə beton qırıqları ərazidən uzaqlaşdırılıb”.
S.İsmayılın iddiasına görə, məsələ təkcə bir mənzillə bitmir, 10-dan çox mənzildə vəziyyət eynidir: “Kompleksdə 10-dan çox mənzildə aparıcı beton divarların sındırılaraq lift sahəsinə ikinci qapı açıldığını müəyyən etdim. Hesab edirəm ki, ətraflı yoxlama aparılarsa, daha çox belə hal üzə çıxa bilər. Belə qanunsuz müdaxilələr onsuz da keyfiyyətsiz tikilmiş bu kompleksdə yaşayan və işləyən 4000-ə yaxın insanın həyatını təhlükəyə atır”.
.jpg)
Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı aidiyyətli qurumlara müraciət etsə də, nəticəsiz qalıb: “The Baku Group” MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərovla əlaqə saxlasam da, bununla bağlı hər hansı tədbir görülməyib. Bu ilin may ayından etibarən müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etsəm də, problem araşdırılmır.
“The Baku Group” Xocalı prospekti haqqında danışılan kompleksin tikintisinə 2005-ci ildə başlayıb. Bina 2019-cu ildə hissəli təhvil verilsə də, qaraj, abadlıq və lift işləri 7 ildir tamamlanmır. Mənzil Məcəlləsinə görə, bina təhvil verildikdən 1 ay sonra idarəetmə sakinlərə keçməli idi, lakin MTK binanı vermir. Yağış yağanda zirzəmini su basır, yayda elektrik tez-tez kəsilir, həyət baxımsızdır. MTK binanın balansında qalan 20-dən çox mənzili satıb mənimsədikdən sonra, indi də daşıyıcı divarları sındıraraq mənzilləri bölüb satmaqla qanunsuz pul qazanmağa başlayıb”.
Sözügedən şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, binalar üzrə inzibati icraat yerli icra hakimiyyətinin səlahiyyətindədir: “Sifarişçisi “The Baku Group” MMC olan və Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küçəsində yerləşən binanın istismarına 2019-cu ildə icazə verilib. Bildiririk ki, istismarda olan binalar üzrə inzibati icraat FHN-in səlahiyyətləri xaricindədir. Yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması habelə bu istiqamətdə özbaşına aparılan işlərlə bağlı tənzimlənmə Azərbaycanın Mənzil Məcəlləsində təsbit edilib. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməsi tövsiyə edilir”.
.jpg)
Problem barədə Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Bizə bu barədə vətəndaş tərəfindən bir neçə dəfə müraciət edilib. Məsələ araşdırılır. Şirkət tərəfindən bizə hansısa qanunsuzluğun olmadığı bildirilir”.
Məsələ ilə əlaqədar “The Baku Group” MTK-ya göndərdiyimiz müraciətə cavab olaraq deyildi ki, mənzillərin bölünməsi MTK-nın səlahiyyətində deyil: “The Baku Group” MTK binanı istismardan çıxararaq, bütün mənzillərə çıxarış alınması üçün sənədlər verib. Mənzillərin bölünməsi Mənzil Məcəlləsinə uyğun olaraq, müvafiq qurumlar tərəfindən baxış keçirilərək aparılır. Mövcud qapı boşluğunda beton riger və kolona toxunmadan qapı açılması, qanunazidd olmadığı kimi, bölünməsi də MTK səlahiyyətində deyil”.


Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO










