Binədə piyadanın bu hərəkəti sürücüləri çaş-baş salıb əsəbiləşdirdi - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsində piyada keçidində qeydə alınan hal sürücülər arasında çaşqınlıq yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 20-də saat 13:50 radələrində Əli İsazadə küçəsində baş verib. Görüntülərdə piyada keçidinin üzərində dayanan şəxsi görən sürücülər avtomobillərini dayandıraraq onun yolu keçməsi üçün şərait yaradıblar.
Kadrlarda qadın piyadanın azyaşlı övladı ilə birlikdə yolu keçməsi görünür. Lakin daha sonra keçid üzərində dayanan orta yaşlı kişi hərəkətini davam etdirməyərək yerində qalır. Bu vəziyyət sürücülər arasında anlaşılmazlıq yaradıb və bir neçə sürücü siqnal verərək ona yolu keçməsi barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, piyada sürücülərin siqnallarına və iradlarına məhəl qoymadan keçid üzərində dayanmağa davam edib. O, irad bildirən sürücülərdən birinə “Nə edirəm, dayanmışam da” sözləri ilə cavab verib.
Avtosfer.az-ın sosial şəbəkə hesablarında izləyicilərin yazdığı şərhlərdən belə aydın olur ki, həmin şəxs piyada keçidində qəsdən dayanaraq sürücülərin cərimələnməsinə çalışır.
Xatırladaq ki, piyada keçidi yalnız piyadaların təhlükəsiz şəkildə yolu keçməsi üçün nəzərdə tutulub. Orada dayanmaq və ya hərəkəti ləngidəcək şəkildə qalmaq sürücülər üçün əlavə risk və qeyri-müəyyənlik yarada bilər. Bu cür hallar həm sürücünün reaksiyasını gecikdirir, həm də yolun ümumi axıcılığını pozaraq gözlənilməz vəziyyətlərə səbəb olur.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












