Bir gündür hava şəraitinə görə Xınalıqda qalan "Elit star" Cəmilə: "Yolun açılmasını gözləyirik" - VİDEO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Quba-Xınalıq yolunda hərəkət məhdudlaşıb. Sözügedən yolda avtomobillərin hərəkəti çətinləşib. Yolda qalan şəxslərdən biri də "Elit star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovadır.
Oxu.az-a danışan Cəmilə İsgəndərova bildirib ki, hələ də yolda qalıb.
O qeyd edib ki, gəlmək üçün yolun açılmasını gözləyirlər:
"Hələ ki, burada qalmışıq. Təkərində zənciri olan avtomobillər çox yavaş hərəkət edir. Yol çox buzdur. Dünən hələ 22-23 dərəcə şaxta var idi".
Müğənni söyləyib ki, Xınalığa istirahət üçün gedib:
"İstirahət üçün bura gəlmişəm. Buranı çox bəyənirəm. Hər il yanvarın 1-2-si bura gəlirəm".
C.İsgəndərova vurğulayıb ki, yolun bağlı olmasına baxmayaraq, təhlükəsizlik tədbirləri yüksək səviyyədə qurulub.
***
Ötən gün Quba-Xınalıq yolunda qeyri-sabit hava şəraiti səbəbilə avtomobillərin hərəkəti məhdudlaşıb.
Baku TV-nin məlumatına görə, bu səbəbdən sözügedən ərazidə avtomobili ilə yolda qalanlardan biri də "Elit star" ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova olub.
"Gəlmişik, qayıda bilmirik. Qalmışıq burada. Hazırlaşmışdıq çıxmağa. Qar elə bil 2026-nı gözləyirdi. Ehtiyatlı olun, hələ çıxmayın", - C.İsgəndərova bildirib.
Şəkidə taxıl sahələrində yük maşınları yandı - FOTOLAR
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO










