Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində düzgün quraşdırılmayan yol nişanları sürücülər üçün çaşqınlıq yaradır və qəza riskini artırır.
Sürücülük təlimçisi Arzu Babazadə xoşagəlməz mənzərəni videoya çəkərək Avtosfer.az-ın “WhatsApp” ünvanına göndərib.
Kadrlardan görünür ki, ərazidə yolun istiqamətini göstərən əlavə məlumatverici lövhə quraşdırılıb. Lakin lövhənin birlikdə istifadə olunmalı olduğu əsas yol nişanı yerində yoxdur. Belə ki, bu əlavə lövhə həmin kəsişmədə “Yol ver” və ya “STOP” nişanını tamamlamalı olduğu halda, əsas nişan quraşdırılmayıb. Nəticədə sürücülər kəsişmədə hərəkət üstünlüyünü düzgün qiymətləndirə bilmirlər. Bu isə onların baş yoldakı nəqliyyat vasitələrinə yol vermədən hərəkət etməsinə və nəticədə yol-nəqliyyat hadisələrinin artmasına səbəb ola bilər.
Bundan əlavə, piyada keçidi nişanı da düzgün yerləşdirilməyib. Belə ki, nişan əlavə məlumatverici lövhənin arxasında qaldığından sürücülər tərəfindən vaxtında görünmür. Yolun hərəkət hissəsində piyada keçidi nişanlanması (xətlənmə) mövcud olsa da, xəbərdaredici nişanın görünməməsi bəzi sürücülərdə piyada keçidinin nişanla tənzimlənmədiyi təəssüratı yarada bilər. Bu da piyadalara vaxtında yol verilməməsinə gətirib çıxara bilər.
Qeyd olunan çatışmazlıqların aradan qaldırılması həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi baxımından zəruridir.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












