Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürüldü

Yevlaxda bir yaşlı oğlunun sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən ağır zərər vurması və ehtiyatsızlıqdan uşağın ölümünə səbəb olması ilə bağlı təqsirləndirilən İlhamə Camal qızının məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Xitab24.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Hökmə əsasən, 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, İlhamə azyaşlı oğlunun ağlamasından əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən zərbələr endirib. Uşağın bundan sonra da ağladığını görən qadın oğlu Məhəmmədi əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.
Məhəmməd çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında beş gün sonra həyatını itirib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvəllər dörd dəfə rəsmi nikah bağlamadan ailə həyatı qurduğunu və bu münasibətlərdən altı uşağının dünyaya gəldiyini bildirib. İlhamə məqsədinin övladını öldürmək deyil, ağladığı üçün onu cəzalandırmaq olduğunu deyib.
İlhamə həmçinin bildirib ki, uşaqlarını dünyaya gətirdikdən az sonra onların qayğısına qalmaq üçün atalarının uzaq qohumlarına verib. Hazırda övladlarının harada olduqları barədə məlumatının olmadığını deyən qadın uşaqlarının adlarını da xatırlamadığını qeyd edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












