"Bizim bağ" restoranından şikayət - VİDEO

Bu evlərin həyətlərində oturub musiqiyə qulaq asmaq üçün ödənişə ehtiyac yoxdur.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, axşam saat 7 olan kimi pulsuz konsert başlayır, özü də bu konsert düz 4-5 saat davam edir. Söhbət paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsində yerləşən "Bizim bağ" restoranından gedir.
Burada restoran demək olar ki, evlərə bitişik tikilib. Elə problem də burdən qaynaqlanır, restoranın hər axşamkı musiqili proqramı sakinlərin ürəyincə deyil.
Məsələ ilə bağlı restoran rəhbərliyindən bildirildi ki, müəssisə tam qanuni şəkildə fəaliyyət göstərir, həmin evlər də restorandan çox sonralar bu ərazidə tikilib. Ümumiyyətlə musiqi səsi insanları narahat edəcək həddə olmur və saat 11:00-da bitir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən sözügedən ərazidə monitorinqin aparılacaq.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












