Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Avtosfer.az-ın “Qafqazinfo” ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu iş üzrə 5 nəfər - tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.
Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.
Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.
Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova sınaq müddəti seçilməklə şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (red: C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq). Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.
Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












