Braziliyada avtomobilin gölə düşməsi nəticəsində 10 nəfər öldü

Braziliyanın Rio-de-Janeyro ştatının Barra-Mansa bələdiyyəsində normadan artıq dolu avtomobil yoldan çıxaraq gölə düşüb.
Avtosfer.az-ın Braziliya mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə olan 10 nəfərin hamısı ölüb.
Ölənlər arasında bir körpə, üç uşaq, dörd qadın və iki kişi var. İlkin məlumata görə, ölənlərin hamısı bir ailənin üzvləri olub, onlar Volta Redonda şəhərində yaşayıblar.
Axtarış-xilasetmə əməliyyatında iki dalğıc da daxil olmaqla, təxminən 30 xilasedici iştirak edib. Meyitlər sudan çıxarıldıqdan sonra ekspertizaya göndərilib.
Polisin məlumatına görə, qəza səhər Estrada-Fazenda - Santa Katarina avtomobil yolunda, işıqlandırmanın olmadığı yerdə baş verib.
Qəzanın səbəbi araşdırılır, araşdırma aparılır./report
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












