Bu yay dənizdə batan tanınmış azərbaycanlılar - SİYAHI

2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub.
Avtosfer.az həmin şəxsləri xatırladır:
Məqsəd Məmmədli
Bu il dənizdə həyatını itirən şəxslər arasında AzTV-nin əməkdaşı Məqsəd Məmmədli də olub. 35 yaşlı Məqsəd Məmmədli AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışıb. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Məmmədlinin meyiti Mərdəkan ərazisində, xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkarlanıb.
Seymur Allahverdiyev
Avqust ayında dənizdə boğularaq həyatını itirənlərdən biri “Krosna” qrupunun solisti Seymur Allahverdiyev olub. 1996-cı il təvəllüdlü sənətçinin meyiti avqustun 11-də Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində aşkarlanıb. FHN-in məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində baş verib.
Ümid Hüseynli
Dənizdə həyatını itirənlər arasında ictimaiyyətə tanış olan digər şəxs isə Ümid Hüseynli olub. 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynli iyulun 25-də Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə boğularaq həyatını itirib. Məlumata görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,5 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə baş verib. Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb./modern.az
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi










