Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və “Dəniz yolu” kimi tanınan ərazidə yolun asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sürücülərdən biri ərazidəki vəziyyəti videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlardan görünür ki, yolun asfalt örtüyü ciddi şəkildə aşınıb və bəzi hissələrdə hərəkət üçün əlverişsiz vəziyyət yaranıb. Xüsusilə yolun sol hissəsi demək olar ki, istifadəyə yararsızdır.
Şikayətçinin sözlərinə görə, ərazidə kanalizasiya xətlərinin çəkilməsi məqsədilə qazıntı işləri aparılıb. Lakin işlər başa çatdıqdan sonra yolun asfalt örtüyü əvvəlki vəziyyətinə qaytarılmayıb.
Nəticədə sürücülər sözügedən hissədən çətinliklə hərəkət edir, qarşıdan gələn nəqliyyat vasitələri ilə üz-üzə qaldıqları üçün bir-birilərinə yol vermək məcburiyyətində qalırlar. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də avtomobillərin zədələnməsi və yol-nəqliyyat hadisəsinin baş verməsi riskini artırır.
Sakinin iddiasına əsasən, artıq bir ildir ki, yol bu vəziyyətdə qalıb və problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən hər hansı tədbir görülməyib. Sürücülər və ərazi sakinləri yolun təmir olunaraq təhlükəsiz hərəkət şəraitinin bərpa edilməsini istəyirlər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












