Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO

Sumqayıt şəhərində Bulvar ərazisində ağacların kəsildiyi və həmin ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sakinlər narazılıqlarını ifadə edərək məsələni ictimailəşdirməyi xahiş ediblər. İddialara görə, “Levent” yaşayış kompleksi ilə üzbəüz yerləşən ərazidə ağaclar qırılıb və yerində obyekt tikintisinə başlanılıb.
Sakinlərin sözlərinə görə, son günlər əraziyə xüsusi texnikalar cəlb olunub və müəyyən ağaclar ərazidən götürülüb. Onlar hesab edirlər ki, Bulvar ərazisində yaşıllıq sahələrinin azalması ekoloji baxımdan ciddi narahatlıq yaradır.
Vətəndaşlar aidiyyəti qurumların məsələni araşdırmasını, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına aydınlıq gətirilməsini istəyirlər.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Bulvarı ərazisində ağacların kəsilməsi və tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat araşdırılıb. Məlum olub ki, ərazi iaşə obyektinin tikintisi üçün icarəyə verilib.
2025-ci ilin sentyabr ayında keçirilən yoxlama zamanı ağac və kolların kəsildiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunaraq təqsirkar şəxs 10 min manat cərimə edilib. Təbiətə 4320 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












