Bura bir uşaq düşsə, faciə olacaqdı... - VİDEO - YENİLƏNİB

Yasamal rayonu ərazisində, əsasən Abdulla Şaiq, Mirzə Ağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin əhatəsində yerləşən Mərkəzi Parkın girişində kanalizasiya quyusunun qapağının çürüməsi nəticəsində təhlükəli oyuq yaranıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə quyunun içərisində çirkab suları, müxtəlif məişət tullantıları və şüşə qırıqlarının olduğu görünür. Bu isə ərazi ilə hərəkət edən piyadalar, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.
Videonu paylaşan vətəndaş bildirib ki, park ərazisində bu cür kanalizasiya qapaqları çoxdur və onların əksəriyyəti çürüyərək yararsız vəziyyətə düşüb.
***
Məsələ ictimailəşəndən sonra parkdakı problemin aradan qaldırıldığı bildirilib. Ərazidən çəkilən fotodan görünür ki, artıq çürümüş dəmir qapaq plastik kvadrat materialla əvəzlənib.
***
Sözügedən parkdan bildirildi ki lyuk qapağı gecə saatlarında kənar müdaxilə nəticəsində qırılıb. Artıq qapaq yenisi ilə əvəz olunub və problem tam aradan qaldırılıb.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












