Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yolun işıqlandırılması ilə bağlı problem yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına video göndərərək şikayət edib. Görüntülər oktyabrın 9-da axşam saatlarında Ağaəmi Rəhimov küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, yolda işıq dirəkləri olsa da, onların heç biri işləmir. Nəticədə küçə qaranlığa qərq olub. Bu isə xüsusilə gecə saatlarında hərəkət edən sürücülər üçün çətinlik yaradır. İşıqlandırmanın olmaması səbəbindən sürücülər, xüsusən də tünd rəngli geyimdə olan piyadaları vaxtında görməkdə çətinlik çəkirlər. Bu vəziyyət qəza riskini artırır.
Şikayətçinin sözlərinə görə, küçədə işıqlandırma problemi artıq 10 gündür davam edir, lakin indiyədək hər hansı tədbir görülməyib.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












