Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü - YENİLƏNİB

Cəlilabad rayonunda 85 yaşlı kişinin ölümü ilə nəticələnən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saat 23 radələrində rayonun Maşlıq kəndi ərazisində baş verib. Kənd sakini, 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyev psixoloji problemləri ilə əlaqədar ailəsindən ayrılıbmış. O, ailəsindən ayrılandan sonra eyni həyətdə özünə ikiotaqlı ev tikib və orada tək yaşamağa başlayıb. Uzun illər tək yaşayan B.Nuriyevin qaldığı evdə gecə saatlarında qısaqapanmadan yanğın baş verib. Yanğın zamanı B.Nuriyev yatmış vəziyyətdə olduğundan tüstüdən boğulub ölüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürəndən sonra onun meyitini otaqda aşkarlayıblar.
***10:46
Cəlilabaddakı güclü yanğın zamanı yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
"Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyevin meyiti aşkar edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə bildirilib.
***09:09
Cəlilabadda 85 yaşlı kişi yanaraq ölüb.
Avtosfer.az xəbər verir ki, 1941-ci il təvəllüdlü Bəhrəm Nuriyev qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO










