Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın sonuncu dəfə yaşadığı əraziyə yaxın yerdə görülüb.
Onun evdə üç azyaşlı övladı qalıb. İtkin düşən şəxsin qardaşı Taleh Məmmədov bildirib ki, evdən gedərkən bacısının çiynində məktəbli çantası, əynində isə qara rəngli geyimlər olub.
Ərazidə qoyun otaran azyaşlılardan biri isə həmin gün itkin düşən qadını gördüyünü bildirib:
"Biz fermaya qoyun otarmağa getmişdik. Üç nəfər idik. Orada onu gördük. Bizi görəndə qaçdı. Mən də tez gəlib nənəmə xəbər verdim".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa verilib. Hazırda qadının tapılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












