Cəlilabadda suda boğulan gənc tələbə imiş - İyulda əsgərliyə gedəcəkdi - FOTO

Cəlilabad sakini suda boğulub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu su hövzəsində üzən zaman boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, hadisə rayonun Privolnoye kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu dostları ilə birlikdə kənd ərazisindən axan çayın yaxınlıqda olan su hövzəsinə çimməyə gedib. O çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.
Orada olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Sonra onun cansız bədəni sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, mərhum ailənin üç övladından biri olub.
Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












