Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı - FOTO

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant-Anadolu-Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.
Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.
Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.
Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45-50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi - su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.
Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.
Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












