Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO

Abşeron rayonu Ceyranbatan qəsəbəsində yayılan görüntülər sosial şəbəkələrdə ciddi narazılıq doğurub.
Avtosfer.az xəbər verir ki, hadisənin Yeni Saray adlanan ərazidə baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, atlara qarşı qəddar rəftar edildiyi iddia olunur. Yayılan videolarda heyvanların ağır vəziyyətdə olduğu, bəzi atların göz nahiyəsindən qan izlərinin müşahidə edildiyi qeyd edilir.
Sakinlər bildirirlər ki, ərazidə atların saxlanma şəraiti qənaətbəxş deyil və onlara qarşı zorakılıq halları baş verir. İddialara görə, bəzi heyvanlar tələf olduqdan sonra da ərazidə açıq şəkildə saxlanılır.
Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub və aidiyyəti qurumların hadisəyə müdaxilə etməsi tələb edilib.
Qeyd edək ki, heyvanlara qarşı qəddar rəftar Azərbaycan qanunvericiliyi ilə qadağandır və bu cür hallara görə məsuliyyət nəzərdə tutulur. Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












