Çində təyyarədə qalmaqal: Sərnişin stüardessanı diz çökdürdü - VİDEO

Çinə məxsus "China Eastern Airlines" şirkəti Hefey - Dalyan marşrutu üzrə həyata keçirilən uçuş zamanı qeydə alınan qalmaqallı hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" nəşri yayıb.
Məlumata görə, göyərtədə xidmət göstərən zaman bələdçi qadın bilmədən araba ilə sərnişinin dirsəyinə toxunub. Nəticədə o, təyyarənin dəhlizində sərnişinin önündə diz çökərək üzr istəmək məcburiyyətində qalıb. Aviaşirkət öz əməkdaşının hüquqlarını müdafiə edib.
Şirkət nümayəndələrinin sözlərinə görə, sərnişinin bu addımı mülki hava gəmisində nizam-intizamı pozmaqla yanaşı, stüardessanın ləyaqətini də ciddi şəkildə alçaldıb. Toplanmış materiallar polisə təqdim olunub, həmin şəxsin adı isə şirkətin qara siyahısına daxil edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












