Çinin üç ən böyük aviaşirkəti zərərdədir

Çinin üç ən böyük aviaşirkəti olan "Air China", "China Eastern Airlines" və "China Southern Airlines" ilin ilk yarısını daxili uçuşlarda aşağı qiymətlər və Yaxın Şərqdəki münaqişə fonunda yüksək yanacaq qiymətləri səbəbindən zərərlə başa vurub.
Bu barədə Avtosfer.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, aviaşirkətlərin ümumi zərəri təxminən 8.17 milyard yuan (1.2 milyard dollar) təşkil edib, eyni zamanda, aviaşirkətlər iyul ayında xəbərdarlıq edirdilər ki, məbləğ 9 milyard yuana yaxınlaşa bilər.
Eyni zamanda, aviaşirkətlər birinci rübdə 4.82 milyard yuan mənfəət əldə ediblər ki, bu, xüsusən də beynəlxalq marşrutlarda güclü tələbat səbəbindən baş verib.
Çin Mülki Aviasiya İdarəsinin məlumatına görə, sərnişin daşımalarının axını yanvar-iyun aylarında həcmi 1% artaraq, 380 milyon sərnişinə çatıb.
Bazar ertəsi günü Şanxayda "Air China"nın kotirovkaları 1.7%, "China Eastern" və "China Southern" kotirovkaları isə müvafiq olaraq 2% və 1% düşüb. Cari ilin əvvəlindən bəri aviaşirkətlərin kapitallaşması müvafiq olaraq 38%, 42% və 37.5% düşüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












