Dağıstanda sel nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağılıb - FOTOLAR

Bu ilin mart ayının sonu və aprel ayının əvvəlində Dağıstanda yağan güclü yağışlar fəlakətli nəticələrə səbəb olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, minlərlə ev dağılıb və infrastruktura külli miqdarda ziyan dəyib. 28-29 mart tarixlərində davam edən yağış Dağıstanın bir neçə rayonunda ekstremal nəticələrə səbəb olub, evlər və yollar dağılıb. Əhali elektrik enerjisiz qalıb. 1 aprel tarixinə qədər hakimiyyət orqanları respublikanın ən böyük şəhərlərində: Mahaçqala, Buynaksk, Dağıstanskie Oqni, Kaspiysk, Xasavyurtda, eləcə də Dərbənd daxil olmaqla respublikanın üç rayonunda yerli fövqəladə vəziyyət elan edib. Evsiz qalan insanlar otellərə köçürülüb və yeməklə təmin edib.
Su basmış elektrik stansiyalarının sıradan çıxması səbəbindən təxminən 500.000 insan bir neçə gün elektriksiz qalıb.
Aramsız yağışlar səbəbindən Dağıstan Respublikasının yollarında çoxlu sayda çökmə və dağılma baş verib.
Yağış sularının palçıqla qarışmış axınları içməli su mənbələrinə daxil olub. Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) Mahaçqala, Kaspiysk və Xasavyurt sakinlərinə kran suyu içməməyi tövsiyə edib. Qadağa qablaşdırılmış suya tələbatı artırıb. Magnit şəbəkəsinin (respublikadakı yeganə federal ərzaq pərakəndə satış şirkəti) Forbes-ə verdiyi məlumata görə, Dağıstana su təchizatı üç dəfə artaraq gündə 70 tona çatıb.
3 aprel tarixinə olan məlumata görə, 43.000 nəfər maliyyə yardımı üçün hakimiyyət orqanlarına müraciət edib. Respublikanın administrasiyasının mətbuat xidmətinin məlumatına görə, daşqın qurbanlarına kompensasiya Dağıstan büdcəsinə 4 milyard rubla başa gələcək.
Respublika başçısı Sergey Melikov yardım göstərilməsində koordinasiyanı gücləndirmək üçün regionlararası fövqəladə vəziyyət elan edilməsinin mümkünlüyünü açıqlayıb.
4 aprel gecəsi Dağıstanda yenidən yağış yağıb. 1000-dən çox ev yenidən su altında qalıb və Mahaçqalada Perova küçəsi 6 ünvanında yerləşən çoxmərtəbəli binaya bitişik olan üçmərtəbəli bina uçub. 5 apreldə gün ərzində Dərbənd rayonunda Gedjux su anbarının torpaq bəndi dağılıb.. Güclü sel Dərbənd rayonunun Məmmədqala və Gedjux kəndləri arasındakı magistral yolda bir neçə avtomobili aparıb və su anbarının aşağısındakı kəndlərdəki evlər su altında qalıb.
Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi Yuri Çaykanın sözlərinə görə, Dağıstan və Çeçenistanda baş verən təbii fəlakətin vurduğu ümumi maddi ziyanın 1 milyard rubldan çox olduğu təxmin edilir.
Dağıstanda 9-14 aprel tarixlərində yenidən güclü yaxıntıların olacağı proqnozlaşdırılır.







Piyada özünü maşınların altına atdı - DİN dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO
“Land Cruiser”lə toqquşan “Prius” alovlandı - VİDEO
Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO










