Daha bir futbol əfsanəsi vəfat etdi
Hadisə
19 Sentyabr 2026 22:11

İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, klubun mətbuat xidməti keçmiş hücumçunun vəfat etdiyini açıqlayıb.
Mazzola 18 yaşında “İnter”in əsas komandasında debüt edib və 1977-ci ilə qədər klubun formasını geyinib. O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 Çempionlar Kuboku və 2 Qitələrarası Kubok qazanıb. Ümumilikdə klubda 565 oyuna çıxaraq 158 qol vurub.
İtaliya millisində 70 oyun keçirən Mazzola 22 qola imza atıb. O, 1968-ci ildə Avropa çempionu olub, 1970-ci ildə isə Dünya Kubokunda gümüş medal qazanıb.
Qeyd edək ki, Mazzolanın atası, “Torino”nun futbolçusu Valentino Mazzola, 1949-cu ildə baş verən təyyarə qəzasında komanda yoldaşları ilə birlikdə həlak olub.
Oxunub : 804
DİGƏR XƏBƏRLƏR
10 Noyabr 2026 10:42
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
9 Noyabr 2026 23:30
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
9 Noyabr 2026 13:11
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
6 Noyabr 2026 18:30
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
6 Noyabr 2026 14:00
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
6 Noyabr 2026 11:14
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
6 Noyabr 2026 11:06
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
6 Noyabr 2026 10:44
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
5 Noyabr 2026 18:26
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
5 Noyabr 2026 17:16
Dehli yenə gözəgörünməz oldu
5 Noyabr 2026 14:00
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
5 Noyabr 2026 12:23
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ












