Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma

ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub.
Yoluxma halları “Caribbean Princess” kruiz gəmisində qeydə alınıb. Gəmi aprelin 28-də “Fort Lauderdale” limanından yola düşərək 13 günlük Karib dənizi turuna başlayıb. Onun mayın 11-də “Port Canaveral” limanına qayıtması planlaşdırılır.
Hazırda Şimali Atlantik sularında hərəkət edən gəminin növbəti dayanacağının Puerto-Plata olacağı bildirilib.
Mərkəzin açıqlamasına əsasən, yoluxma hallarının artmasından sonra gəmidə dezinfeksiya və təcrid tədbirləri gücləndirilib. Səhiyyə rəsmiləri gəmi Florida sahillərinə çatana qədər yoluxanların sayının arta biləcəyini istisna etmirlər.
Qeyd edək ki, norovirus, əsasən, qapalı və insanların sıx toplandığı məkanlarda sürətlə yayılan yoluxucu virus hesab olunur. Xəstəlik, adətən, şiddətli qusma, ishal, qarın ağrısı və halsızlıq kimi simptomlarla müşahidə edilir.
Virusla təmasdan sonra simptomlar 12-48 saat ərzində ortaya çıxır. Uşaqlarda daha çox qusma, böyüklərdə isə ishal halları üstünlük təşkil edir. Bəzi hallarda yüngül qızdırma və yorğunluq da qeydə alınır.
Səhiyyə qurumları xüsusilə sabun və su ilə əl yumağın virusdan qorunmaq üçün ən effektiv vasitələrdən biri olduğunu vurğulayırlar. Qeyd olunur ki, norovirus bəzi spirt əsaslı dezinfeksiyaedici vasitələrə qarşı davamlı ola bilər.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












