Daha bir gənc suda boğularaq ÖLDÜ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Yeni Xan qızı kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Avtosfer.az bununla bağlı FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***09:36
Beyləqan sakini kanalda batıb.
Avtosfer.az xəbər verir ki, rayon sakini 18 yaşlı Əhmədov Amin Zamir oğlu dünən Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb.
Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












