Daşkəsəndə sel suları kəndin yolunu bağladı - FOTOLAR

Avqustun 20-si gündüz saatlarında Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülərək yol bağlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Hazırda yolun açılması istiqamətində işlər aparılır. Belə ki, problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb. “31 saylı Yol İstismarı” MMC, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib.
Rayonda qeyri-sabit hava şəraiti davam edir. Bütün idarə, müəssisə və xidmət sahələri fəaliyyətlərini hava şəraitini nəzərə almaqla qurur.




Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












