Dənizdə itkin düşən 17 yaşlı Nurlanın babası danışdı: TƏFƏRRÜAT - FOTO

Bir neçə gün öncə Mərdəkan qəsəbəsində Xəzər dənizinin nəzarətsiz ərazisində iki yeniyetmə batıb. Onlarla bağlı yeni təfərrüatlar məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə zamanı dənizdə itkin düşən 17 yaşlı Nurlan İsmayılzadənin babası danışıb.
Onun sözlərinə görə, Nurlan ailənin yeganə oğlu olub:
"Nurlan evin tək oğlu idi. 149 nömrəli məktəbi bu il bitirmişdi. Universitetin dizaynerlik fakültəsinə qəbul olunmaq istəyirdi. Evdən çıxanda anasına məşqə getdiyini deyib, çantasına idman ləvazimatlarını yığıb və gedib. Bir müddət sonra xəbər gəldi ki, sinif yoldaşı ilə birlikdə dənizdə batıb".

Məlumata görə, Nurlan İsmayılzadə sinif yoldaşı, 17 yaşlı Rahil Ağazadə ilə birlikdə çimərliyə gedib. Dənizdə çətin vəziyyətə düşən Nurlanı xilas etməyə çalışan Rahil də suda batmağa başlayıb.
Rahil Ağazadə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan komatoz vəziyyətdə çıxarılıb.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Nurlan İsmayılzadənin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində dənizin çimmək üçün nəzərdə tutulmayan nəzarətsiz hissəsində baş verib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












