"Dentera Dental"da dişlərini müalicə etmək istədi - Həm pulundan, həm də sağlamlığından oldu - VİDEO

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Dentera Dental Clinic"də üç dəfə həkim dəyişib və aparılan yanlış müalicə ciddi problemlərə səbəb olub.
Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə edilib. Lakin qısa müddət sonra həmin həkimin klinikadan ayrıldığı bildirilib.
Daha sonra pasiyent klinikanın başqa filialına yönləndirilib.
Şikayətçi qeyd edib ki, burada müalicəni davam etdirən digər həkim də bir müddət sonra klinikadan ayrılıb.
Məsələ ilə bağlı "Dentera Dental Clinic"ə müraciət olunub. Klinikanın baş həkimi Şahin Bayramov bildirib ki, adıçəkilən stomatoloqlar artıq həmin klinikada çalışmırlar.
Klinikadan həmçinin qeyd olunub ki, pasiyentin ödədiyi vəsait ona geri qaytarılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












