“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO

Paytaxtın Binəqədi rayonu, “Dərnəgül” metrosunun yaxınlığında qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 21-də saat 09:34 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, gənc oğlan səkidən istifadə etmək əvəzinə yolun hərəkət hissəsi ilə hərəkət edib.
Həmin vaxt 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus döngə edərkən piyadanı vurmaq təhlükəsi ilə üzləşib. Sürücü piyadanı son anda görərək ehtiyatlı davranıb və qəzanın qarşısını alıb. Daha sonra piyada səkidən istifadə edib.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, piyadalar hərəkət üçün nəzərdə tutulmuş səki və piyada zolaqlarından istifadə etməlidirlər. Əks halda, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atmış olurlar.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












