Diplomat narkotika görə saxlanılıb

ABŞ-nin Dominikan Respublikasındakı səfirliyinin əməkdaşı Nyu-Yorka narkotik maddə - kokain keçirməyə cəhd etməkdə ittiham olunur. O, narkotikləri "Johnny Walker" viski şüşələrində, "Marlboro" siqaret bloklarında və "Choco-Pie" şirniyyat qutularında gizlədərək gömrükdən keçirməyə çalışıb. Avtosfer.az xəbər verir ki, bu barədə "The New York Post" yazır.
Məlumata görə, söhbət Xayro Eliyezer Arias Kaseres adlı şəxsən gedir. O, Dominikan Respublikasından Nyu-Yorka ekstradisiya olunub və ABŞ-yə kokain idxalı məqsədilə cinayətkar sövdələşmədə iştirak etməkdə rəsmi olaraq ittiham edilib.
İstintaq sənədlərində bildirilir ki, Kaseres bu narkotik qaçaqmalçılığı sxemini 2023-cü ilin aprelindən dekabrına qədər həyata keçirib. O, ABŞ-nin Santo Dominqodakı səfirliyində 7 il ərzində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb.
ABŞ prokuroru Cey Kleytanın açıqlamasına görə, Kaseres diplomatik nümayəndələri və səfirlik işçilərini qorumağa borclu olduğu halda, əksinə, insanları qeyri-qanuni narkotik maddələrlə təhlükə altına atıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












