Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur

Konqo Demokratik Respublikasında üzə çıxan Ebola virusunun yeni ştamı narahatlığı daha da artırıb. Virus daha sürətlə yayılır, heç bir müalicəyə tabe olmur.
Avtosfer.az xəbər verir ki, İturi regionunda formalaşan ştam 3 həftə ərzində Şimali Kivu əyalətinə yayılıb və qonşu Uqandaya keçib. Söhbət elektromobil və yaşıl enerji istehsalında vacib koltan filizinin böyük hissəsinin çıxarıldığı regionlardan gedir. Konqonun Milli Biotəbabət Tədqiqatları İnstitutu bildirir ki, yeni ştam heç bir müalicəyə və ya vaksinə tabe olmur. İlk yoluxan tibb bacısı və onunla kontaktda olmuş şəxslərin hamısı ölüb. Lakin əhali bunu şər qüvvələrin əməli hesab edərək dövlət qurumlarına məlumat verilməyib. Başqa regiona dəfn üçün aparılan qadının cənazəsində sanitar normalara əməl edilməməsi nəticəsində yayılma arealı böyüyüb.
Yeni ştamın yayılma intensivliyi yüksək olsa da, ölüm faizi azdır. Ənənəvi Zair ştamında ölüm əmsalı 80 faiz olduğu halda, Bundibuqyo ştamında 30 faizi keçmir.
Sanitar vəziyyətlə bağlı mayın 19-da prezident Feliks Çisekedi hökumətin təcili iclasını çağırıb. Əhaliyə ənənəvi dəfn adətlərindən uzaq durmaq tövsiyə edilib. Səhiyyə Nazirliyi əhalini ölmüş heyvanların ətini yeməməyi çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın hələ uzun müddət davam edəcəyi qənaətindədir.
Vüqar Yaşaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












