Əks yola çıxan skuter sürücüsü qarşıdan gələnlərə qorxulu anlar yaşatdı - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan skuter sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 16-da saat 07:48 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, skuter idarə edən gənc sürücü əks istiqamətli hərəkət zolağına çıxaraq yolun sağ kənarı ilə hərəkət edib. Bu təhlükəli manevr nəticəsində o, həm öz həyatını riskə atıb, həm də qarşıdan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün qəza şəraiti yaradıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, istənilən nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxması və yolun nəzərdə tutulmayan hissəsində hərəkət etməsi yolverilməzdir. Xüsusilə yüksək sürət rejiminin tətbiq olunduğu prospektlərdə belə davranış ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












