Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə paytaxt sakini 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, qardaşı 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay həbsə məhkum edilib.
Araşdırmalarla müəyyən edilib ki, onlar əmisi oğlanları Ayxan Knyazovla birgə Elşad Bəyov adlı şəxsi oğurlayaraq Xaçmazın Ukuroba kəndindən Bakıya gətiriblər.
Belə ki, Ayxanın tanışı olan qadınla münasibətdə olan Elşad həmin qadından hədə-qorxu yolu ilə pul alıb və daha sonra qaytarmayıb. Bundan sonra Ayxanın istəyi ilə əmisi oğlanları avtomobillə Bakıdan Xaçmaza gediblər. Onlar qadının anasının evinə daxil olduqda artıq Elşadın döyüldüyünü görüblər və əl-ayağını bağlayıb, ağzına əski parçası tıxayaraq “Toyota Prius” markalı avtomobilin yük yerinə yerləşdiriblər. Daha sonra Elşadı Hövsan qəsəbəsinə gətirərək bir gün orada saxlayıblar. Növbəti gün Elşad girov saxlanıldığı evdən qaçaraq xilas olmağı bacarıb.
Qeyd edək ki, cinayətdə iştirak edən şəxslərin, eləcə də E.Bəyovun dini qruplaşma üzvü olduğu məlum olub.
Cinayətdə iştirak etməkdə şübhəli bilinən A.Knyazov isə axtarışa verilib.
Bundan başqa, zərərçəkmiş şəxs olan Elşad Bəyov barəsində ayrıca cinayət işi də açılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












