Əlil arabasındakı qızı ilə yolu keçərkən TIR-ın çırpıldığı qadın həyatını itirdi

Konyada baş verən ağır yol qəzası faciə ilə nəticələnib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Meram rayonunda fiziki əngəlli qızını əlil arabası ilə yolun qarşısına keçirməyə çalışan 67 yaşlı Şerifə B.-yə tır çırpılıb. Qadın hadisə yerində həyatını itirib, qızı isə yaralanıb.
Qəza saat 11:00 radələrində Karaman küçəsində baş verib. N.O.-nun idarə etdiyi 34 CPZ 508 dövlət nömrə nişanlı TIR yolun qarşısına keçməyə çalışan Şerifə B.-yə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Tibbi yardım briqadası qadının hadisə yerində vəfat etdiyini təsdiqləyib.
Şerifə B.-nin cəsədi incələnmə üçün Konya Ədli Tibb İnstitutuna aparılıb. Qəzaya şahid olan qızı D.B. isə şok vəziyyətində xəstəxanaya yerləşdirilib.
Tır sürücüsü N.O. saxlanılıb, faktla bağlı araşdırma aparılır.(Sonxeber)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












