Əlillik dərəcəsi ilə bağlı 8400 manatlıq dələduzluq

Əlillik dərəcəsi düzəltmək adı ilə növbəti dələduzluq cinayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu iş üzrə zərərçəkmiş II Qarabağ savaşının iştirakçısıdır. Müharibədə yaralanan zərərçəkmiş əlillik dərəcəsi almaq istəyib. Təsadüfən tanış olduğu Əlibala adlı şəxs ona bu işdə yardım edəcəyini bildirib. İş materiallarından aydın olur ki, Əlibala zərərçəkmişdən 8400 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Təqsirləndirilən şəxs məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, ifadəsindən belə məum olub ki, onun özünü də aldadıblar. Bununla belə Binəqədi Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.1 (Dələduzluq) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












