"Eliş" ləqəbli tiktokerə hökm oxundu - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra tiktoker son söz deyib. O məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, "Eliş" ləqəbli tiktoker 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyev ötən ilin noyabrında Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı 1 bükümdə kustar üsulla hazırlanmış 2,389 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb.
Tiktoker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












