Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib; şöbə rəisi olmaq istəyirmiş

“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb.
Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub. O, əvvəldən tanıdığı Bəşirovdan təyinatına kömək etməsini istəyib. Bəşir isə bu məsələnin həll edilməsi üçün 185 min manat pul lazım olduğunu deyib. Dünyamalıyev həmin pulu qısa müddətdə ona verib.
Lakin Əməkdar jurnalist nə qədər gözləsə də, heç bir cavab gəlməyib. O, sonradan aldanıldığını bilərək hüquq-mühafizə orqanlarına şikayət edib.
Araşdırma nəticəsində Bəşir Bəşirovun başqa bir neçə nəfərin də pulunu dələduzluqla ələ keçirdiyi üzə çıxıb. Onların da şikayətləri əsasında Bəşirov həbs edilib.
Təqsirləndirilən mayor həbs edildikdən sonra zərərçəkmişlərdən, o cümlədən Elsevər Dünyamalıyevdən aldığı 185 min manatı geri qaytarıb. Tərəflərlə barışıq əldə edildiyi üçün B.Bəşirova cəmi 1 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, Elsevər Dünyamalıyev Arif Alışanovun dövründə uzun illər AzTV-də işləyib. O, sədrin müavini və “İdman Azərbaycan” kanalının ilk rəhbəri olub. Alışanovdan sonra kanaldan uzaqlaşdırılan Dünyamalıyev 2024-cü ildə MTV-nin rəhbəri təyin edilib, bir müddət əvvəl həmin vəzifədən də azad edilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












